FiruzaGanizada

Stress, travma, təşviş və münasibət çətinliklərinin öhdəsindən gəlmək üçün ilk addım: [Ödənişsiz Konsultasiya]

Psixoterapiyaya başlamaq qərarı bir çox insan üçün asan deyil. Bu, sadəcə "maddi imkan" və ya "vaxt" məsələsi də deyil, çox vaxt dərində yatan psixoloji baryerlər insanı bu addımdan yayındırır.

Terapiyadan yayındıran səbəblər:

- "Görəsən məni dəli hesab edərlər?" (Stiqma)

Ətrafın nə deyəcəyi və ya psixi xəstəlik adı ilə damğalanacağı qorxusu insanı dayandırır.

Əslində, psixoterapiyaya "dəlilər" yox, öz psixoloji vəziyyətinin məsuliyyətini dərk edən, daxili dünyasını nizamlamaq istəyən və həyat keyfiyyətini artırmağa cəsarəti olan fərdlər gəlir.


- "Özüm həll etməliyəm" (Mükəmməllik?) 

Cəmiyyətdə güclü görünmək hər şeyi təkbaşına həll etmək kimi qəbul edilir. Terapiyaya müraciəti isə "zəiflik" sanılır.

Əslində, həyatımızda fiziki sağlamlıq və ya hüquqi məsələlərdə peşəkardan dəstək aldığımız kimi, psixi sağlamlıq da peşəkar yanaşma tələb edir. Dəstək almaq zəiflik yox, özünə hörmətdir.


- Dəyişmək qorxusu 

Həyatımız nə qədər ağrılı olsa da, "tanış" olan ağrı, "naməlum" olan dəyişiklikdən daha təhlükəsiz görünür.

Beynimiz mövcud vəziyyəti qorumağa meyillidir. Terapiya isə vərdiş etdiyimiz köhnə mexanizmləri sökdüyü üçün daxili müqavimət yaradır.


- "Yaraların açılma" ağrısı 

"Keçmişi danışmaq mənə nə verəcək? Onsuz da hər şey geridə qalıb" deyə düşünülür.

Əslində üstü örtülmüş yaralar sağalmır, sadəcə olaraq sanki, infeksiya verir (təşviş, depressiya, yuxusuzluq kimi). Yaraya toxunmaq o an ağrıtsa da təmizlənib sağalması üçün yeganə yoldur.


- "Zamanla keçər" illüziyası (Yanınma) 

"Narahatlıqlara kifayət qədər uzun müddət məhəl qoymasam, öz-özünə yox olacaq" düşüncəsi insanı terapiyadan yayındırar.

Ancaq həll olunmamış emosional yüklər zamanla yox olmur, sadəcə formasını dəyişir. Məhəl qoymadığımız hər problem bədənimizdə təşviş, xroniki yorğunluq və ya fiziki ağrılar olaraq yenidən üzə çıxır. Zaman öz-özünə sağaltmır; zaman sadəcə siz sağalmağa qərar verdikdə sizə lazım olan sahəni yaradır.


Terapiyanı xərc deyil, gələcək illərinizə edilən bir investisiya kimi görün. Çünki ruhən sağlam insan zamanını və pulunu daha səmərəli idarə edir.

Terapiyaya getməmək üçün 100 səbəbiniz ola bilər, amma başlamaq üçün cəmi 1 səbəb bəs edir: ÖZÜNÜZ.