FiruzaGanizada

Stress, travma, təşviş və münasibət çətinliklərinin öhdəsindən gəlmək üçün ilk addım: [Ödənişsiz Konsultasiya]

Psixoloji 'sağalma' bir günün içində baş vermir.

Bu prosses simptomların tam yox olması demək deyil, daha çox insanın özü ilə münasibətinin dəyişməsidir.

Fərdi xüsusiyyətlər olsa da psixologiyada sağalma adətən belə görünür:

1. Özünü olduğun kimi qəbul etməyə başlayırsan.

Artıq güclü tərəflərinlə yanaşı zəiflikərini də insan olmağın bir hissəsi kimi görə bilirsən. Özünə qarşı daxili deyingən-narazı səsin azaldığını görürsən.

2. Öz sərhədlərini tanıyırsan.

Nəyi istədiyini, nəyi istəmədiyini daha aydın bilirsən və bunu dilə gətirdiyin üçün özünü günahkar hiss etmirsən. Sağlam "mən" sərhədlərini formalaşdırmısan

3. Keçmişə baxanda güclü mənfi duyğular yaşamırsan.

Xatirələr qalır, amma günahkarlıq, utanc, qəzəb və qorxu artıq səni idarə etmir. Bu prosses travmatik emosional yüklərin işləndiyini, emal olunduğunu göstərir.

4. Kömək istəyə və qəbul edə bilirsən.

Artıq hər şeyi təkbaşına daşımaq məcburiyyətində olmadığını bilirsən. Psixoloji sağlamlıq müstəqilliklə yanaşı, həm də güvənli bağlanma qura bilmə bacarığıdır.

5. Öz ehtiyaclarını önəmsəyirsən.

Başqalarını razı salmaq üçün özünü arxa plana atmırsan. Eqoizm yox, özünə qarşı məsuliyyəti formalaşdırırsan.

6. Öz potensialına inanırsan.

Hər şeyi mükəmməl etməli olduğuna yox, öyrənə və inkişaf edə biləcəyinə inanırsan. Sağlam öz-dəyər hissinin formalaşır.

7. Duyğuları yaşamağa özünə icazə verirsən.

Artıq yalnız müsbət hisslərə yox, kədərə, qəzəbə, qorxuya da yer açırsan. Çünki psixoloji sağlamlıq mənfi duyğuların yoxluğu demək deyil, bu duyğuları tənzimləmə bacarığı ilə əlaqəlidir.

Psixoloji sağalma düz xətt kimi irəliləyən bir prosses deyil. Geri dönüşlər də ola bilər. Amma artıq onların fərqində olursan.

Bu sağalma prosesinizdə peşəkar dəstəyə ehtiyac duyursunuzsa fərdiləşdirilmiş onlayn psixoterapiya seansları üçün müraciət edə bilərsiniz.

Klinik psixoloq Firuzə Qənizadə